Ümumi qrammatik kateqoriyalar

Xəbərlik kateqoriyası bilavasitə təfəkkürlə bağlıdır. Obyektiv gerçəkliyin inikası məhz təfəkkürdə xəbərlik kateqoriyası vasitəsilə reallaşır. Obyektiv gerçəklik haqqında hər hansı təsdiq və inkarın qrammatik ifadəsi xəbərlik kateqoriyasının özüdür.


Davamı →

Azərbaycan dilçiləri - klassiklərdən müasirlərə

Professor Sayalı Sadıqovanın bu günlərdə nəşr olunmuş kifayət qədər fundamental «Azərbaycan dilçiliyi simalarda» kitabı Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun 75 illiyinə həsr edilsə də, kitab yalnız Akademiyanın üzvü olan, yaxud Dilçilik İnstitutunda çalışan yox, bütün görkəmli Azərbaycan dilçilərinin yaradıcılıq tərcümeyi-halı barədə geniş məlumat verir. Məmnuniyyətlə demək olar ki, bu əsərlə tanış olan hər kəs Azərbaycan dilçiliyinin XIX əsrin əvvəllərindən başlayan tarixi inkişaf mənzərəsini bütün təfərrüatları ilə məhz ayrı- ayrı dilçilərin simasında izləyə, klassiklərdən müasirlərə qədər gələn yolların eniş- yoxuşuna bələd ola bilər.

Davamı →

Azəri dilinə nümunələr

  1.  İbn Haqvəl IV yuzilliyin I yarisinda «El mesalik və el memalik»kitabinda Azərbaycan,Aran və Ermənistan haqqinda belə yazır:
    Azərbaycan xalqının dili Ermənistan xalqının dilindən daha çox farsca və ərəbcədir,lakin az adam ərəbcə danışır,o kəslər ki, farsca danışır, ərəbcəni anlamırlar. Təkcə tacirlər və zəmindarlar bu dildə danışmağı bacarırlar.Ermenistan əhalisi ermənicə,Aran əhalisi aran dilində danişirlar.
  2.  Məsudi hicri IV əsin başlangıcında yazdığı   «El tenbih və əl şəraf» kitabında İran vilayətlərindən  Azərbaycan, Rey, Təbəristan, Xorasan, Sistan, Girman,Farsi, Xuzistan və digər yerləri sayaraq belə yazır:
    Bütün bu şəhərlər və vilayətlər bir ölkənindi və bir padşahları vardı,dilləridə birdir,baxmayaraq ki, Pəhləvi dilinin müxtəlif ləhcələrində- dari,azəri ve s.danışırlar

Davamı →

Azərbaycan dili haqqında

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və krım tatarlarının dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri ailəsinin cənub-qərb yarımqrupunu təşkil edir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Davamı →

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).


Ardı →

Azərbaycan dilçiliyi dilimizlə ayaqlaşa bilmir

Müəllif:    f.e.f.d.,dos.Şəmil Sadiq
Azərbaycan dili ilə bağlı ölkə rəhbərliyinin müxtəlif zamanlarda müxtəlif fərmanlarının olmasına baxmayaraq, Azərbaycan dilinin inkişafını təmin edən ən ali qurum olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bilmir.  Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda, dildən dəfələrlə geridə qalır desək yanılmarıq.

            Artıq nə deməyə, nə də yazmağa gərək var, Azərbaycan dili zəngin dillər içərisində önəmli yerlərdən birini tutur. Azərbaycan dilinin kökü, ana xətti, genetikası o qədər möhkəmdir ki, əsrlərlə işğala məruz qalmasına, təcavüz olunmasına baxmayaraq, bu gün də ayaqda məğrur durub. Amma təəssüflər olsun ki, dilçilik elmimiz bu məğrurluğun arxasında dura bilmir.

            Dilin zənginləşməsi bu gün birbaşa televiziya və mətbuat orqanlarının fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, bu inkişafda bədii ədəbiyyatın rolunu kənara qoymaq olmaz. Bunun üçün də hər kəs yazıçı və jurnalistlərin ədəbin dilin nomralarını pozmasını görür, ağız dolusu təndiq də edir. Təbii ki, bu tənqidlərimiz haqlıdır. Zövqsüz verilişlərə baxmaq gözlərimizi ağrıtdığı kimi, kobud şəkildə pozulan dil normaları isə qulaqlarımız yaralayır. Televiziyaların simasını təşkil edən xəbər proqramlarında belə həmin sözünühə`minbaşqa sözünü ba`şqaParis sözünü Pa`risAzərbaycan sözünü  Azə`rbaycan kimi tələffüz edilir. Son zamanlar Türkiyə türkcəsinin diksiyasına uyğun bütün sözlərin vurğusunun sonda deyilməsi dili bilməyən insanları belə əsəbləşdirir, özündən çıxardır.


Ardı →